Muzeyə ekskursiya təşkil olunub.

Muzeyə ekskursiya təşkil olunub.
14 dekabr 2022-ci il tarixdə VII d sinif şagirdləri sinif rəhbəri Babayeva Sevdanın başçılığı ilə Zooloji Muzeyə ekskursiya ediblər.
Muzey bələdçisi şagirdləri Zooloji Muzeyin ekspozisiya fondunda sərgilənən Azərbaycan və dünya faunasına aid olan növlərin müasir vəziyyəti, onların ekoloji xüsusiyyətləri və qorunması istiqamətində görülən işlərlə tanış edib. O, həmçinin bəzi onurğasız heyvanlar, balıqlar, suda-quruda yaşayanlar, məməlilərin yayılması, sayı, vəziyyəti haqqında da məlumat verib