Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib

Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib.
22 noyabr 2022-ci il tarixdə məktəbin dil-ədəbiyyat müəllimi Talıbova Rəfiqə XI b sinfində istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirib. Toplantıda ədəbi mühitdə və geniş ictimaiyyətdə cümhuriyyət dövrünün ən parlaq şairi kimi tanınan Ə.Cavadın bədii, siyasi ideya dünyası haqqında geniş məlumat verilib. Onun Azərbaycanın müstəqilliyi, dövlət quruculuğu sahəsindəki fəaliyyəti, mövqeyindən danışılıb.
Şagirdlər Ə.Cavadın ömrünün sonuna qədər milli istiqlal ideyalarına sadiq qalaraq, təqiblərin, məhbəs və işgəncələrin onun iradəsini qıra bilməməsi və şairin bir dəfə də olsun xalqına, qələminə xəyanət etməməsindən bəhs ediblər. Yığıncaqda şairin şeirləri səsləndirilib.