"Zərərli vərdişlərə yox deyək!" layihəsi çərçivəsində tədbirlər həyata keçirilir.
"Zərərli vərdişlərə yox deyək!" layihəsi çərçivəsində tədbirlər həyata keçirilir.
Şagirdləri zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onları belə neqativ əməllərdən çəkindirmək, şagirdlərin təhsilə, elmə marağını artırmaq məqsədilə 21 noyabr 2022-ci il tarixdə məktəbin psixoloqu Sevda Talıbova bu mövzuda VIII-IX sinif şagirdlərinin iştirakı ilə maarifləndirici seminar keçirib.
Psixoloq qeyri-sağlam həyat tərzinin əsasını təşkil edən zərərli vərdişlərin nəinki insanın özünə, onun ailəsinə, ətrafına və yaşadığı cəmiyyətə vurduğu ziyanlardan danışıb, müəyyən səmərəli tövsiyələr verib. Şagirdləri maraqlandıran suallar cavablandırılıb.