"Təbiəti qoruyanlar" layihəsi çərçivəsində tədbirlər davam etdirilir.

"Təbiəti qoruyanlar" layihəsi çərçivəsində tədbirlər davam etdirilir. 

     "Təbiəti qoruyanlar" layihəsinin keçirilməsi məqsədilə 18 noyabr 2022-ci il tarixdə məktəbin biologiya müəllimi Şıxəliyeva Nərgiz rəhbəri olduğu V a sinif şagirdlərinin Zoologiya muzeyinə ekskursiyasını təşkil edib. 
     Heyvan kolleksiyalarının saxlandığı bu elmi və mədəni maarif müəssisəsində təbiətin mühafizəsinin geniş təbliği aparılır.
     Şagirdlər burada Azərbaycan ərazisində yaşayan onurğasızlar, balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilərin müqəvva və eksponatları ilə tanış olublar. Nərgiz müəllim məktəblilərə Azərbaycanın flora və faunası barədə geniş məlumat verib. Şagirdlərin böyük marağına və sevincinə səbəb olan gəzinti onlarda müsbət təəssüratlar yaradıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi