"Uşaq hüquqları aylığı" çərçivəsində silsilə tədbirlər davam etdirilir.
"Uşaq hüquqları aylığı" çərçivəsində silsilə tədbirlər davam etdirilir.
Uşaqlara diqqət və qayğının daha da artırılması, uşaq hüquqlarının həyata keçirilməsinin və onların daha effektiv müdafiəsinin təmin olunması məqsədilə keçirilən "Uşaq hüquqları aylığı" çərçivəsində 15 noyabr 2022-ci il tarixdə məktəbin psixoloqu Talıbova Sevda V-VI sinif şagirdlərinin iştirakı ilə "Hüquqlarımızı öyrənək və bilək!" adlı seminar keçirib.
Psixoloq şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verib. O bildirib ki, BMT-nin Uşaq hüquqları Konvensiyasının icrasının təmin edilməsi istiqamətində respublikamızda bir sıra tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verir, uşaq hüquqlarının müdafiəsinə, uşaqların normal formalaşmasına, sağlam böyüməsinə yönələn bir çox dövlət proqramları qəbul edilib, onların həyata keçirilməsi üçün tədbirlər planı müəyyənləşdirilib.
Seminarda, eyni zamanda uşaqların istismar olunması, erkən nikah, narkomaniya, zərərli vərdişlər kimi problemlərin cəmiyyətimizdə uşaq hüquq və azadlıqlarına qarşı yönəlmiş təhlükələri və bu təhlükələrə qarşı mübarizə yolları haqqında ətraflı məlumat verilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb.