Zərərli vərdişlərə birlikdə yox deyək!
Zərərli vərdişlərə birlikdə yox deyək!
11 noyabr 2022-ci il tarixdə şagirdləri zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onların cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq məqsədilə məktəbin Uşaq Birliyi Təşkilatı rəhbəri Ellada Xəlilova VIII sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa təşkil edib. Ellada Xəlilova zərərli vərdişlər olan spirtli içkilər, narkotik maddələr, siqaret və onların sağlamlığa vurduğu zərərlərdən danışıb, sağlam həyat tərzinin nə qədər əhəmiyyətli olduğunu yeniyetmələrə izah edib. O qeyd edib ki, hər bir insan narkomaniya və alkoqolizmə qarşı mübarizədə imkanı qədər çalışmalı, insanlığın mənəvi tənəzzülünün qarşısının alınmasına xidmət etməlidir.