"Uşaq hüquqları aylığı" çərçivəsində dəyirmi masa təşkil edilib.
"Uşaq hüquqları aylığı" çərçivəsində dəyirmi masa təşkil edilib.
11 noyabr 2022-ci il tarixdə "Uşaq hüquqları aylığı" çərçivəsində məktəbin tarix müəllimi Fəridə Baxşəliyeva uşaq hüquqlarının qorunması ilə bağlı IX c sinif şagirdləri ilə dəyirmi masa təşkil edib. Fəridə müəllim çıxışında xoşbəxt uşaqların xoşbəxt gələcək olduğunu, bu səbəblə də onların ən yaxşı şəkildə yetişdirilməli olduqlarını vurğulayıb. O, həmçinin uşaqların inkişaf, müdafiə, iştirak, yaşamaq hüquqlarından bəhs edib.
Şagirdlər bu mövzuda müəyyən məlumatlar verib, bütün dünyadakı uşaqların şən, firavan yaşamasında cəmiyyətin mühüm rolunu qeyd ediblər.