İnteraktiv dərs təşkil olunub.

İnteraktiv dərs təşkil olunub.

     "Zəfər tarixi" konfranslarının keçirilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq 03 noyabr 2022-ci il tarixdə məktəbin tarix müəllimi Rüxsarə Əbdülovanın VIII ç sinfində interaktiv dərsi keçirilib. Dərsdə məktəb rəhbərliyi və tarix müəllimləri iştirak ediblər.
     Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
     Rüxsarə müəllim 44 günlük Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətindən danışıb, Zəfər tarixi fənninin tədrisinin şagirdlərin vətənpərvərlik ruhunda yetişdirilməsində müstəsna rolunu vurğulayıb. Şagirdlər Şanlı Qələbəmizin əldə olunmasında Ali Baş Komandan İlham Əliyevin ağıllı siyasətindən və Ordumuzun göstərdiyi şücaətlərdən bəhs ediblər.
     Çıxış edən müəllimlər şanlı tariximizin parlaq səhifəsi olan 8 Noyabr - Zəfər Gününü milli qürur günü, şərəf günü kimi dəyərləndiriblər, torpaq uğrunda şəhid olmuş qəhrəmanların şagirdlərin yaddaşında əbədi yaşaması üçün bu cür tədbirlərin keçirilməsinin vacibliyini bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi