“Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirilib.
“Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirilib.
"8 Noyabr - Zəfər Günü"nün keçirilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq bu gün 10 nömrəli tam orta məktəbdə “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirilib.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, YAP Nizami Rayon Təşkilatının sədr müavini Rəşadət Xalıqov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin rəisi polkovnik-leytenant Elxan Feyziyev və qurumun digər əməkdaşları, Qarabağ Əlilləri Cəmiyyətinin Şəhid ailələri veteranlarının İctimai Birliyinin sədri Mehdi Mehdiyev, şəhid ailələri, qazilər, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.
Öncə məktəbin həyətində şagirdlər tərəfindən hazırlanmış fləşmob nümayiş olunub.
Daha sonra tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şəfayət Orucova möhtəşəm Zəfərimizin əldə olunmasında Ali Baş Komandanın uzaqgörən siyasətinin, qalib Ordumuzun əzminin böyük rolunu vurğulayıb.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva Azərbaycan əsgərinin rəşadəti və xalqımızın birliyi nəticəsində 8 noyabr 2020-ci ilin şanlı tariximizə Zəfər Günü kimi daxil olmasından bəhs edib. Bildirib ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda başladığı Vətən Müharibəsi, Azərbaycan Ordusunun Zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifənin təbliği, gələcək nəsillərə tanıdılması üçün hər kəs öz cəbhəsindən töhfələr verməyə çalışır.
Çıxış edənlər 30 il davam edən işğala son qoyulmasını, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsini, məcburi köçkünlərə doğma yurdlarına qayıtmaq imkanlarının yaradılmasını müasir tariximizin ən möhtəşəm hadisəsi hesab ediblər.
Tədbir şagirdlərin ifasında şanlı zəfərimizdən bəhs edən ədəbi-bədii kompozisiyalarla davam edib.