Maarifçifləndirici görüş keçirilib.
Maarifçifləndirici görüş keçirilib.
28 oktyabr 2022-ci il tarixdə şagirdləri zərərli vərdişlərdən yayındırmaq və qeyd olunan istiqamətdə onları məhdudlaşdırmaq məqsədilə məktəbimizdə Nizami RPİ-nin 23-cü PN-nin YYÇ işləri üzrə baş inspektoru polis kapitanı Mehdi Seyidov, polis mayoru Pərvanə Əzizova, polis polkovnik-leytenantı Seymur Qarayev və polis kapitanı Oqtay Abdullayev tərəfindən IX, X, XI sinif şagirdləri ilə maarifləndirici söhbətlər aparılıb. Yeniyetmələrə məktəbdaxili nizam-intizam, müəllim-şagird münasibətləri, ictimai davranış qaydaları və yetkinlik yaşına çatmayanların hüquq və vəzifələri, erkən nikah hallarına zəmin yaradan əsas səbəblər izah edilib.
Məktəbin direktoru Şəfayət Orucova mövzu ilə bağlı müəyyən fikirlər səsləndirib, səmərəli görüş üçün polis əməkdaşlarına təşəkkürünü bildirib.