"Şuşa ili" çərçivəsində tədbirlər davam etdirilir.
"Şuşa ili" çərçivəsində tədbirlər davam etdirilir.
"Şuşa ili"nin keçirilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq, şagirdləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltmək məqsədilə məktəbin ibtidai sinif müəllimi İnarə Hidayətova IV ç sinfində "Xarıbülbül Şuşanın simvoludur" mövzusunda xüsusi dərs keçib.
İlk əvvəl İnarə müəllim Qarabağın zamanla düşmənlər tərəfindən məruz qaldığı vəhşiliklərdən danışıb. Eyni zamanda o qeyd edib ki, artıq Xarıbülbülün əzəməti, məğrurluğu, haqsızlığa qarşı əyilməz duruşu onu əfsanədən qələbə simvoluna çevirməyə başlayıb. Xarıbülbül şəhidlərin xatirəsinin və Azərbaycan ordusunun zəfər simvolu kimi məşhurlaşıb.
Şagirdlər Qarabağın döyünən ürəyi olan Şuşa haqqında müəyyən tarixi məlumatlar verib, bu bilgiləri əks etdirən videomateriallar izləyiblər. Onlar, eyni zamanda Xarıbülbül gülünün rəsmini çəkib və vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.