Müstəqilliyimizin bərpası gününə həsr olunmuş tədbir.
Məktəbin Fəaliyyət Planına əsasən bu gün akt zalında 18 Oktyabr - Müstəqilliyimizin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.
Tarix müəllimi Fəridə Baxşəliyevanın təşkilatçılığı və IX c sinif şagirdlərinin iştirakı ilə hazırlanan yığıncaq Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin anılması ilə başlanıb. Şagirdlər bu tarixi günün mahiyyəti haqqında ətraflı məlumat veriblər, vətənpərvər ruhlu mahnılar, şeirlər səsləndiriblər.
Sonda direktor Şəfayət Orucova çıxış edərək, bu cür tarixi günlərin qeyd edilməsinin əhəmiyyətini vurğulayıb, müstəqilliyimizin daimi olması üçün hamılıqla bir olmağımızın vacibliyini önə çəkib.