Sülh günü

         Mən anayam, bu səsimdə yerin, göyün dərdi var,

     Sülhə gəlin, ey insanlar, yoxsa dünya məhv olar!

 

     Sülh bəşəriyyət üçün gərəkli olan dəyərdir, əmin-amanlığa, dinc yanaşı yaşamağa çağırışdır. Sülhün qorunması uşaqlarımızın qorunması deməkdir. Sülh bütün vasitələrdən güclüdür. Dünyada sülh gününün keçirilməsi sülhsevər xalqların bir araya gələrək bəşəriyyətin xilası üçün birlik nümayiş etdirməsidir.

Beynəlxalq Sülh Günü Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1981-ci ildə qəbul etdiyi qətnamə ilə təsis edilib. İlk sülh günü 1982-ci ilin sentyabrında qeyd olunub. BMT Baş Assambleyasının 2001-ci ildə qəbul  etdiyi qətnaməyə əsasən, Beynəlxalq Sülh Günü artıq bütün ölkələrdə 21 sentyabr tarixində qeyd olunur.

     Hər il Beynəlxalq Sülh Gününü qeyd edən Azərbaycan yaşından, irqindən, milliyyətindən, dinindən, dilindən və cinsindən asılı olmayaraq hər kəsi sülhə səsləyir.

 

     Bu gün münasibətilə məktəbin foyesində şagirdlərin çəkdikləri rəsmlərdən ibarət sərgi keçirilmişdir. Sərgidə şagirdlərin gözləri ilə xoşbəxt və firavan yaşamaq üçün sülhün nə qədər vacib olduğu əks etdirilmişdir.    

 

     Dünyamıza sülh gərəkdir!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi