Pedaqoji Şuranın iclası keçirilmişdir
14 sentyabr 2022-ci il tarixdə 2022-2023-cü tədris ili üzrə Pedaqoji Şuranın ilk iclası keçirilmişdir.
İlk öncə 12 sentyabr 2022-ci il tarixdə gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Zəngilan, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatları nəticəsində şəhid olan 50 hərbi qulluqçunun ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra direktor Şəfayət Orucova çıxış edərək, yeni dərs ilində pedaqoji kollektivə bol-bol uğurlar arzulamışdır. Direktor, eyni zamanda təhsilverənlərin sertifikatlaşdırılması üzrə keçirilmiş imtahanda uğur qazanmış ibtidai sinif müəllimlərini təbrik etmiş, onlara bundan sonra da nailiyyətlər diləmişdir.
İclasda ötən tədris ilində görülmüş işlərdən bəhs olunmuşdur. İclas iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edilmişdir. DİM imtahanının nəticələri, sinif rəhbərlərinin təyini, müəllimlərin dərs yükü, dərs cədvəli, məktəbin iş rejimi müzakirə edilmiş, müəyyən tövsiyələr verilmişdir. Məktəbə yeni təyin olunan fiziki tərbiyə müəllimləri kollektivə təqdim olunmuşdur.