"Şuşa ili"

      "Şuşa ili" ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə" Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 31 Mart 2022-ci il tarixli F-121 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə "Əziz Şuşa, sən azadsan!", "Şuşa Qarabağın döyünən ürəyi" mövzularında keçirilən inşa yazı və şeir müsabiqəsində iştirak etmiş şagirdlər mükafatlandırılmışlar. İnşa yazı müsabiqəsində ən yaxşı üç şagird - münsiflər heyəti tərəfindən seçilərək qalib olmuşlar. 

     Şeir müsabiqəsində VI a sinif şagirdi İsmayılova Duyğu I yer, VIII a sinif şagirdi Əliyeva Dəniz, V d sinif şagirdi Məmmədli Xədicə II yer, VII b sinif şagirdi Quliyeva Gülü, V ç sinif şagirdi Ağamirzəyeva Leyla, III c sinif şagirdi Həsənli Fatimə III yerə layiq görülmüşlər. Bir çox şagirdlər isə fərqləndirilmişlər. 

     Direktor Şəfayət Orucova bütün qalib şagirdləri Fəxri Fərman və Tərifnamələrlə təltif etmiş, onlara bol-bol uğurlar arzulamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi