"Narkomaniyaya yox deyək!"
Hazırda bütün dünyanı ciddi şəkildə narahat edən narkomaniya ağrılı bir problem olmaqla yanaşı, əhatə dairəsini getdikcə genişləndirərək, ümumbəşəri bəlaya çevrilmişdir. Narkotik vasitələrə aludəçilik cinayətkarlıq, zorakılıq və digər neqativ hallar üçün münbit zəmin yaradır.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı təbliğatın aparılması məqsədilə 26 may 2022-ci il tarixdə məktəbin psixoloqu Sevda Talıbova IX, X sinif şagirdlərinin iştirakı ilə "Narkomaniyaya yox deyək!" adlı maarifləndirici tədbir keçirmişdir. Tədbir zamanı şagirdlərə narkotik və psixotrop maddələr, onların fəsadları barədə məlumat verilmişdir. Narkotikdən əziyyət çəkən insanlar və onların acı taleyini əks etdirən videoçarx nümayiş olunmuşdur.
Tədbirdə iştirak edən tərbiyə işləri üzrə direktor müavini Səbirə Həsənova çıxış edərək, zərərli vərdişlərə aludəçiliyin aqibətindən danışmış, şagirdlərə müəyyən tövsiyələr vermişdir.