"Şuşa ili"
"Şuşa ili" ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə" Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 31 Mart 2022-ci il tarixli F-121 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə 16 may 2022-ci il tarixdə məktəbin tarix müəllimi Fəridə Baxşəliyeva VIII c sinif şagirdləri ilə Şuşanın dünəni və bu gününə həsr olunmuş dəyirmi masa keçirmişdir. Tədbiri giriş sözü ilə açan Fəridə müəllimə Şuşanın tarixi keçmişindən, erməni tapdağında olarkən viran olmasından ətraflı bəhs etmişdir. Şagirdlər bu gün artıq azad olunmuş Şuşanın inkişafından, orada aparılan abadlıq-quruculuq işlərindən danışmışlar.
Tədbirdə iştirak edən məktəbin tərbiyə işləri üzrə direktor müavini Səbirə Həsənova çıxış edərək, cənab prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində əldə edilmiş uğurlu qələbədən danışmış, Azərbaycanın bundan sonra da çiçəklənməsi naminə səylərimizi birləşdirməyin vacibliyini vurğulamışdır.