Yol hərəkəti qaydaları
13 may 2022-ci il tarixdə məktəbin İllik Fəaliyyət Planına əsasən ibtidai sinif müəllimi Sevda Quliyeva III c sinfində təhlükəsiz davranış qaydalarını öyrənmək, uşaqların yol hərəkəti qaydaları barədə bilik səviyyəsini və ona əməl etmək bacarıqlarını nümayiş etdirmək məqsədilə "Yol hərəkəti qaydalarını birlikdə öyrənək" adlı maarifləndirici tədbir keçirmişdir. Tədbirdə məktəb rəhbərliyi, bir sıra müəllimlər və şagirdlər iştirak etmişlər.
Şagirdlər yol hərəkəti nişanlarının, işıqforun, piyada keçidlərinin həyatımızdakı önəmindən və onlara düzgün əməl olunmasından danışmışlar. Balaca fidanlar, eyni zamanda özlərinin hazırladıqları xüsusi xidmət maşınlarının vəzifə öhdəliklərindən bəhs edən səhnəcik də nümayiş etdirmişlər.
Sonda məktəb rəhbərliyi çıxış edərək, yol hərəkəti qaydalarını kiçik yaşlarından öyrənməyin və buna əməl olunmasının vacibliyini vurğulamış, bu tədbirdə əməyi keçən hər kəsə təşəkkürünü bildirmişdir.