Vətən müharibəsi qəhrəmanı Mehrab Niftəliyev

      "Şəhidlər vurulan zaman ölmür, unudulan zaman ölürlər". 

 

 

     Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar da var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu müqəddəs şəhidlik zirvəsidir ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə canından keçən Mehrab Niftəliyev məhz bu zirvəni seçdi. 

     Mayın 13-ü Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin doğum günüdür. Bu münasibətlə şəhidimizin adını daşıyan məktəbin IX ç sinfinin rəhbəri Samirə Məlikova şagirdlərlə birgə Sumqayıtdakı Şəhidlər Xiyabanında olmuş, xalqımızın igid oğlu Mehrabın məzarını ziyarət edib, tər qərənfillər düzmüşlər. Şagirdlər M.Niftəliyevin qəhrəmanlığından, göstərdiyi çoxsaylı igidliklərdən söz açmışlar. Samirə müəllimə şəhidimizin qısa və mənalı həyatının bütün gənclərə örnək olduğunu vurğulamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi