Psixoloqla görüş
26 aprel 2022-ci il tarixdə şagirdlərin buraxılış imtahanlarına psixoloji hazırlığını təmin etmək məqsədilə tərbiyə işləri üzrə direktor müavini Səbirə Həsənova və məktəbin psixoloqu Sevda Talıbova imtahan qabağı IX sinif şagirdləri ilə görüş keçirmişlər. Seminarda psixoloq şagirdlərə imtahan həyəcanı, onun səbəbləri, təsirləri, eləcə də imtahan stressinin idarə olunması mövzusunda məlumat vermiş, onlarla psixoloji test aparmışdır.