"Hər şey övladımız üçün" başlığı altında görüş keçirilmişdir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-145 nömrəli əmri ilə təsdiq edilmiş "Ailəm və məktəbim" layihəsinin həyata keçirilməsi ilə bağlı Tədbirlər Planına əsasən aprelin 22-də məktəbin direktoru Şəfayət Orucovanın valideynlərlə "Hər şey övladımız üçün" başlığı altında görüşü təşkil olunmuşdur. Görüşdə bir sıra məsələlər - şagirdlərin dərsə davamiyyəti, davranışı, peşəyönümü xidmətinin təşkili ilə bağlı olaraq müxtəlif peşə sahələri və onların xüsusiyyətləri barədə müzakirələr aparılmışdır. Valideynlərin irad və təklifləri dinlənilmişdir.