"Oxu günü" çərçivəsində tədbirlər keçirilir

       "Oxu günü" tədbirinin həyata keçirilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-147 nömrəli əmrinə əsasən şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bəsləməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaşlıq tərbiyəsində mütaliənin müstəsna əhəmiyyətinin vacibliyini vurğulamaq məqsədilə 21 aprel 2022-ci il tarixdə məktəbin kitabxanasında Rus dili və ədəbiyyatı müəllimi Aliyə Yenikeyevanın rəhbərliyi və VII ç sinif şagirdlərinin iştirakı ilə mütaliə saatı təşkil olunmuşdur. Şagirdlər bir sıra ədəbiyyat nümunələrinin müzakirəsində və təhlilində fəal iştirak etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi