20 aprel 2022-ci il tarixdə IX sinif şagirdlərinin Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə ekskursiyası təşkil edilmişdir.
Peşə seçimi hər bir insanın həyatında verdiyi vacib qərarlardan biridir. Məktəb illəri şagirdlərin peşə seçimi üçün mühüm dövr hesab edilir. Bu gün şagirdləri peşəyə hazırlamaq və iş həyatı ilə məktəb arasındakı əlaqələri sıxlaşdırmaq təhsilin qarşısında duran vəzifələrdən biridir.
Məktəbimizdə də peşəyönümü xidmətinin təşkili məqsədilə vaxtaşırı müəyyən tədbirlər həyata keçirilir.
20 aprel 2022-ci il tarixdə IX sinif şagirdlərinin Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə ekskursiyası təşkil edilmişdir. Şagirdlər burada müxtəlif peşələr haqqında həm nəzəri, həm də praktik məlumatlar əldə etmiş, mərkəzdə təhsil alan tələbələrin əl işləri ilə tanış olmuşlar.