Aprel döyüşləri

      Məktəbin İllik Fəaliyyət Planına əsasən 2016-cı il Aprel döyüşlərində şəhid olmuş əsgərlərimizin anılması, ordumuzun qüdrətinin təbliği məqsədilə 01 aprel 2022-ci il tarixdə tarix müəllimi Baxşəliyeva Fəridənin rəhbərliyi ilə dəyirmi masa təşkil olunmuşdur. Toplantıda məktəbin direktoru Şəfayət Orucova, tərbiyə işləri üzrə direktor müavini Səbirə Həsənova da iştirak etmişlər. 

     Yığıncaqda Aprel şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Şagirdlər Böyük Qayıdışın başlanğıcı haqqında məlumat vermişlər. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə başlamış dördgünlük müharibə zamanı rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuş Lələ təpə yüksəkliyi, Cəbrayılın Cocuq Mərcanlı kəndinin strateji cəhətdən əhəmiyyətli mövqeyi, artıq bu torpaqlarda aparılan abadlıq-quruculuq işlərindən bəhs olunmuşdur. 

     Sonda direktor Şəfayət xanım Aprel döyüşləri haqqında fikirlərini bildirərək, bugünkü Zəfərimizə gedən yolun məhz bu döyüşlərdən keçdiyini bildirmiş, cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində qazandığımız qələbədən danışmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi