"31 Mart - Azərbaycanlıların Soyqırımı Günü"

          31 mart 2022-ci il tarixdə məktəbin İllik Fəaliyyət Planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması məqsədilə məktəbin tarix müəllimi Kərimova Nailə 5 d sinfində "31 Mart - Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş xüsusi dərs təşkil etmişdir. 
          Əvvəlcə soyqırımı qurbanlarının əziz xatirəsi anılmışdır. Daha sonra Nailə müəllim 1918-ci il 30 mart-3 aprel tarixləri arasında Bakıda və digər bölgələrdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən danışmışdır. Şagirdlər həmin cinayətin təfərrüatlarından söz açmışlar. Quba Soyqırımı Memorial Kompleksi haqqında məlumat verilmişdir. 31 Mart soyqırımının dəhşətlərini əks etdirən videoçarx nümayiş olunmuşdur. Tədbirdə iştirak edən məktəbin tərbiyə işləri üzrə direktor müavini Səbirə Həsənova çıxış edərək, tarix boyu erməni cəlladlarının xalqımıza qarşı törətdiyi amansız qırğınlardan danışmış, şagirdlərə bu faciələrin heç bir zaman unudulmamasını tövsiyə etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi