18 mart 2022-ci il tarixdə "Bahar çələngi" layihəsinə uyğun olaraq tədbir təşkil olunmuşdur

     18 mart 2022-ci il tarixdə "Bahar çələngi" layihəsinin icrası ilə bağlı Tədbirlər Planının 1.1 bəndinə əsasən şagirdləri milli-mənəvi dəyərimiz olan Novruz bayramı haqqında məlumatlandırmaq, onları bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək məqsədilə məktəbin akt zalında "Bahar çələngi" adlı Novruz tədbiri təşkil olunmuşdur. İbtidai sinif müəllimi Sevda Quliyevanın rəhbərlik etdiyi III c və Aysel Qasımovanın rəhbərlik etdiyi II d sinif şagirdlərinin təqdimatında hazırlanmış şənlikdə direktor, direktor müavinləri, müəllimlər və şagirdlər iştirak etmişlər.

    Tədbir dövlət himninin səsləndirilməsi ilə başlanmışdır. Direktor Şəfayət Orucova çıxış edərək, tədbir iştirakçılarını salamlamış və bayram münasibətilə təbrik etmişdir. Novruzun personajları olan Keçəl, Kosa, Bahar qızı öz maraqlı çıxışları ilə hər kəsdə xoş ovqat yaratmışlar. Şagirdlərin ifasında müxtəlif səhnəciklər, rəqslər, mahnılar və şeirlər təqdim olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi