"İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında" dəyirmi masa keçirilmişdir
"İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında" Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-53 nömrəli əmrinə əsasən maarifçilik ideyalarının təbliği, dünyəvi məktəblərin yaradılmasında İrəvan Müəllimlər Seminariyasının əvəzsiz rolunu göstərmək məqsədilə 09 mart 2022-ci il tarixdə məktəbin dil-ədəbiyyat müəllimi Talıbova Rəfiqə VI b sinif şagirdləri ilə bu mövzuda dəyirmi masa təşkil etmişdir. Görkəmli Azərbaycan maarifçisi Firidun bəy Köçərlinin İrəvan Müəllimlər Seminariyasında ilk pedaqoji fəaliyyətindən söhbət açılmış, Cənubi Qafqazda pedaqoji hərəkatın inkişafında bu seminariyanın rolu xüsusi vurğulanmışdır. Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının fəaliyyətinə də toxunulmuşdur.