Xocalı faciəsini anırıq!
"Xocalı soyqırımının otuzuncu ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı"na əsasən 25 fevral 2022-ci il tarixdə Xocalı qurbanlarının xatirəsini yad etmək, yetişməkdə olan nəslə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, məktəblilərdə düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək məqsədilə məktəbin akt zalında "Xocalı harayı" adlı tədbir keçirilmişdir. Yığıncaqda direktor Şəfayət Orucova, direktor müavinləri, müəllimlər və şagirdlər iştirak etmişlər.
Dövlət himni ilə başlayan tədbirdə Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Şagirdlər bu faciənin ağrı-acısını özündə əks etdirən səhnəciklər göstərmiş, şeirlər söyləmiş, mahnılar səsləndirmişlər. Xocalı qırğınından bəhs edən film nümayiş etdirilmiş, həmin dəhşətli gecənin mahiyyəti tədbir iştirakçılarına bir daha çatdırılmışdır.
Direktor Şəfayət Orucova çıxış edərək, Xocalı soyqırımını Ermənistanın ölkəmizə qarşı apardığı etnik təmizləmə siyasəti kimi qiymətləndirmiş, Ulu Öndər Heydər Əliyevin, eləcə də bu gün onun layiqli davamçısı İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində bu faciənin əsl mahiyyətinin bütün dünyaya çatdırıldığını vurğulamışdır. Xocalı qurbanlarına Allahdan rəhmət diləmişdir.