7 dekabr 2021-ci il tarixdə Pedaqoji Şuranın növbəti iclası keçirilib
07.12. 2021-ci il tarixində məktəbimizin akt zalında müvafiq şəraitin tələblərinə əməl etməklə Pedaqoji Şuranın növbəti iclası keçirildi. İclasda məktəb rəhbərliyi və müəllimlər iştirak etdilər.
Pedaqoji Şurada aşağıdakı məsələlər qeyd olundu.
1. Xüsusi karantin rejimi ilə bağlı təlimatların icrası və sanitar-gigiyenik vəziyyət
2. Məktəb binasına daxil olan müəllim və şagirdlərin qaydalara uyğun yoxlanılması
3. Müəllimlərin və şagirdlərin tədris prosesinə cəlbinin karantin qaydalarına (maskadan, üz sipərindən istifadə, sosial məsafə və s.) uyğun həyata keçirilməsi
4.Tənəffüs vaxtı şagirdlərin və müəllimlərin davranışlarının mövcud qaydaların tələblərinə uyğunluğu
5. Şagirdlərin dərslərə davamiyyəti və məktəbli forması
6.Təlim-tərbiyə prosesinin təşkili vəziyyəti
7. Dərs cədvəllərinə uyğun tədris prosesinin təşkili
8. Müəllimlərin dərs prosesinə hazırlığı (İllik plan, gündəlik plan, sinif jurnalı və şagird gündəliklərinin mövcudluğu)
9.Şagirdlərin keyfiyyətli təhsil alması üçün pedaqoji və psixoloji şəraitin mövcudluğu
10. Şagirdlərin diaqnostik qiymətləndirməsinin aparılması və nəticələrin təhlili vəziyyəti
Sonda müəllimləri maraqlandıran suallar məktəbimizin direktoru Orucova Şəfayət xanım və direktor müavinləri tərəfindən cavablandırıldı.