20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Günüdür!
19 noyabr 2021-ci ildə məktəbin İllik Fəaliyyət Planına uyğun olaraq, tarix müəllimi Əbdülova Rüsxarənin təşkilatçılığı ilə VIIç sinfində "20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Günü"nə həsr olunmuş seminar keçirilmişdir. Seminarda məktəbin tərbiyə işləri üzrə direktor müavini Səbirə Həsənova da iştirak etmişdir.
Rüsxarə müəllim bu günün yaranma tarixindən danışmış, uşaqların hüquqlarının hər zaman qorunmasının vacibliyini vurğulamışdır. Bu mövzuda müxtəlif maarifləndirici slaydlar nümayiş etdirilmişdir. Şagirdlər uşaqların inkişaf, müdafiə, iştirak, yaşamaq hüquqları haqqında məlumat vermişlər.