Milli Dirçəliş Günümüz mübarək!
17 noyabr 2021-ci ildə məktəbin İllik Fəaliyyət Planına əsasən tarix müəllimi Baxşəliyeva Fəridənin təşkilatçılığı və VIIIc şagirdlərinin iştirakı ilə "17 Noyabr - Milli Dirçəliş Günü"nə həsr olunmuş seminar keçirilmişdir. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Səbirə Həsənova, Uşaq Birliyi rəhbəri Ellada Məmmədova, kitabxana müdiri Müşgünaz Orucova da iştirak etmişlər.
Seminarda bu günün mahiyyəti haqqında danışılmış, birlik və bərabərliyini dünyaya bir daha nümayiş etdirən xalqımızın uzun illər arzusunda olduğu azadlığına qovuşmasından bəhs olunmuşdur.