"12 Noyabr - Konstitusiya Günü" münasibətilə dəyirmi masa keçirilmişdir
Məktəbin İllik Fəaliyyət Planına əsasən 12 noyabr 2021-ci ildə tarix müəllimi Elnura Paşayevanın təşkilatçılığı və VIII A sinif şagirdlərinin iştirakı ilə "12 Noyabr - Konstitusiya Günü" münasibətilə dəyirmi masa keçirilmişdir. Toplantıda məktəbin tərbiyə işləri üzrə direktor müavini Səbirə Həsənova və Uşaq Birliyi rəhbəri Ellada Məmmədova da iştirak etmişdir. Toplantıda Azərbaycan Respublikasının konstitusiyasının yaranma tarixi haqqında danışılmış, konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri kimi qiymətləndirilmişdir.