Zəfər Gününə həsr olunmuş tədbirlərimiz davam edir.
Zəfər Gününə həsr olunmuş tədbirlərimiz davam edir.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin F-191 nömrəli əmrinə uyğun olaraq, 04 noyabr 2021-ci ildə məktəbin ibtidai sinif müəllimi Abdullayeva Sevdanın təşkilatçılığı ilə IV Ç sinfində Zəfər Gününə həsr olunmuş sinif təşkilat saatı keçirilmişdir. Təşkilat saatında məktəbin direktoru Şəfayət Orucova, direktor müavinləri, hərbi hazırlıq rəhbəri Elxan Şükürov və məktəbin məzunu Qazi Babək Əsədov iştirak etmişlər. Yığıncağı dövlət himni ilə başlayan Sevda müəllim II Qarabağ müharibəsi və onun nəticələrindən qısa söhbət açmışdır. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Şagirdlər Zəfər Gününə həsr olunmuş şeirlər söyləmiş, mahnılar ifa etmişlər.
Hərbi hazırlıq rəhbəri Elxan müəllim öz çıxışında Babək və onun kimi minlərlə igidlərimizin döyüşdəki şücaətindən danışmış, onlarla fəxr etdiyini bildirmişdir.
Daha sonra direktor Şəfayət xanım çıxış edərək, bir-birindən maraqlı çıxışları ilə yadda qalan balaca fidanlarımıza təşəkkür etmiş, tədbirdəki çıxışına və balalarımıza nümunəvi örnək olduğuna görə Qazimizə minnətdarlığını bildirmişdir. Vətənin keşiyində hər zaman ayıq-sayıq dayanmağı bizim vətəndaşlıq borcumuz olduğunu xatırlatmışdır.