"XIX-XX əsrlərdə Azərbaycan şifahi xalq ədəbiyyatının inkişafında Aşıq Ələsgərin rolu" mövzusunda dəyirmi masa keçirilmişdir

         Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-171 nömrəli əmrinə əsasən 01 noyabr 2021-ci il tarixdə məktəbin dil-ədəbiyyat müəllimi  Talıbova Rəfiqənin təşkilatçılığı və VI B sinif şagirdlərinin iştirakı ilə "XIX-XX əsrlərdə Azərbaycan şifahi xalq ədəbiyyatının inkişafında Aşıq Ələsgərin rolu" mövzusunda dəyirmi masa keçirilmişdir. Toplantıda tərbiyə işləri üzrə direktor müavini Səbirə Həsənova, Uşaq Birliyi rəhbəri Ellada Məmmədova, kitabxana müdiri Müşgünaz Orucova da iştirak etmişdir. 
         Rəfiqə müəllimə Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında qısa məlumat vermişdir. Şagirdlər Aşıq Ələsgər irsini təbliğ edən təqdimatlar nümayiş etdirmiş, onun zəngin yaradıcılığından nümunələr söyləmişlər. Direktor müavini Səbirə Həsənova çıxış edərək, Aşıq Ələsgərin aşıq sənətinə verdiyi mühüm töhfələrdən və şifahi xalq ədəbiyyatındakı rolundan danışmış, aşıq sənətinin təbliği məqsədilə hazırlanan tədbirə görə müəllim və şagirdlərə təşəkkürünü bildirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi