"Qəhrəmanlar Can Verir, Yurdu Yaşatmaq Üçün" silsilə tədbirlər çərçivəsində tədbir-sərgi keçirilmişdir
19 oktyabr 2021-ci ildə Azərbaycanın İstiqlal Muzeyinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşərək canlarından keçmiş şəhidlərin əziz xatirəsinə həsr olunmuş "Qəhrəmanlar Can Verir, Yurdu Yaşatmaq Üçün" silsilə tədbirlər çərçivəsində tədbir-sərgi keçirilmişdir. Məktəbimizin riyaziyyat müəllimi Şəfəq Qurbanovanın rəhbərliyi altında X B sinfinin şagirdləri həmin sərgiyə baxış keçirmişlər. Tədbirdə şəhid ailələri, DSX Akademiyasının kursantları və digər qonaqlar iştirak etmişlər.
Layihənin ilk sərgisində Vətən Müharibəsi Qəhrəmanı polkovnik- leytenant Orxan Əkbərov, Vətən müharibəsi şəhidləri kapitanlar Arzu İsgəndərov və Samid Əsgərovun şəxsi əşyaları nümayiş etdirilmişdir. Şəhidlərə məxsus hərbi geyimlər, döyüş yolunu əks etdirən fotolar və digər şəxsi əşyalar sərgilənmişdir.