18 Oktyabr Müstəqilliyimizin Bərpası Günüdür!
Məktəbin İllik Fəaliyyət Planına uyğun olaraq, 18 oktyabr 2021-ci il tarixdə məktəbin tarix müəllimi Pərvin Sultanovanın təşkilatçılığı ilə VI A və VI B sinif şagirdlərinin təqdimatında "Müstəqilliyimizin Bərpası Günü"nə həsr olunmuş "Azad ölkənin azad vətəndaşlarıyıq!" adlı bayram tədbiri keçirilmişdir. Direktor, direktor müavinlərinin, bir sıra müəllim və şagirdlərin iştirak etdiyi bu tədbirdə ilk olaraq Azərbaycanın dövlət himni səsləndirilmişdir. Daha sonra direktor Şəfayət Orucova bu tarixi günün mahiyyəti haqqında danışmış və şagirdləri bu bayram münasibətilə təbrik etmişdir. Şagirdlərimiz bir daha müstəqillik yolunun çətinlikləri və bu yolda canlarından, qanlarından keçən igidlərimizin şücaətindən söhbət açmışlar. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra tədbir Azərbaycanımızın azadlığını, yenilməzliyini əks etdirən mahnı və şeirlərlə zəngin bədii kompozisiya ilə davam etdirilmişdir.