IV sinif şagirdlərinin oxu texnikasını yoxlamaq məqsədilə müsabiqə təşkil olunmuşdur
15 oktyabr 2021-ci ildə məktəbimizdə IV sinif şagirdləri arasında şagirdlərin oxu texnikasını yoxlamaq və onları həvəsləndirmək məqsədilə müsabiqə təşkil olunmuşdur. Müsabiqə həm Azərbaycan, həm də rus bölməsinin şagirdləri arasında keçirilmişdir. Yarışda Azərbaycan bölməsi üzrə I yerə IV A sinif şagirdi Qəribəliyeva Hüsniyyə, II yerə IV C sinif şagirdi Abbaszadə Ömər, III yerə IV B sinif şagirdi Məmmədova Xədicə, rus bölməsi üzrə I yerə IV D sinif şagirdi Məmmədrzayev Rəsul, II yerə IV D sinif şagirdi Hüseynov Ayxan, III yerə IV Ç sinif şagirdi Adriyanov Ruslan layiq görülmüşlər. Qalib gələn şagirdlərimizə kiçik hədiyyələr də təqdim olunmuşdur.
Bu müsabiqənin təşkilinə görə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Könül Hüseynovaya, ibtidai sinif müəllimi Aysel Qasımovaya və kitabxanaçı Müşgünaz Orucovaya təşəkkür edirik.