5 Oktyabr Beynəlxalq Müəllim Günüdür!
İllik Fəaliyyət Planına uyğun olaraq, 5 oktyabr 2021-ci ildə məktəbin dil-ədəbiyyat müəllimi Məmmədova Ülkərin təşkilatçılığı ilə VIII, XI sinif şagirdlərinin təqdimatında "Beynəlxalq Müəllim Günü"nə həsr olunmuş tədbir keçirilmişdir. Yığıncaqda direktor, direktor müavinləri, bir sıra müəllim və şagirdlər iştirak etmişlər. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlamışdır. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şəfayət Orucova müəllimləri peşə bayramı münasibətilə təbrik etmiş, onlara bu şərəfli, məsuliyyətli işdə uğurlar arzulamışdır. Toplantıda, eyni zamanda II Qarabağ müharibəsində şəhid olmuş müəllimlərimizin xatirəsi anılmış, onların həyat və döyüş yoluna nəzər salınmışdır. Ulu öndər Heydər Əliyevin təhsilə göstərdiyi qayğı və diqqətin bu gün də Cənab Prezident İlham Əliyev tərəfindən davam etdirildiyi vurğulanmışdır.
Daha sonra direktor Şəfayət Orucova bir sıra müəllimləri tədrisdə nümunəvi fəaliyyətinə və məktəbin ictimai işlərində fəal iştirakına görə Fəxri Fərmanla təltif etmişdir