3Ç sinifində "Anım Günü ilə" əlaqədar açıq dərs keçirildi
27 Sentyabr Anım Günü və 8 Noyabr Zəfər Günü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-191 nömrəli əmrinə əsasən 27 sentyabr 2021-ci il tarixdə ibtidai siniflərdə Anım Gününə həsr olunmuş xüsusi dərslər təşkil olunmuşdur. Şagirdlər II Qarabağ müharibəsində şəhid olmuş övladlarımızın əziz xatirəsini yad etmiş, onlara həsr olunmuş şeirlər, mahnılar söyləmişlər.