Anım günü ilə əlaqədar tədbir keçirildi
27 Sentyabr Anım Günü və 8 Noyabr Zəfər Günü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-191 nömrəli əmrinə uyğun olaraq, məktəbin dil-ədəbiyyat müəllimi Əlicanova Gülnarənin təşkilatçılığı ilə VII B sinif şagirdlərinin təqdimatında Anım Gününə həsr olunmuş tədbir keçirilmişdir. Yığıncaqda məktəbin direktoru Şəfayət Orucova, direktor müavinləri, bir sıra müəllimlər və şagirdlər iştirak etmişlər.
Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan tədbirdə direktor Şəfayət Orucova çıxış edərək, 44 günlük Vətən müharibəsinin məhz müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və rəşadətli Ordumuzun cəsarəti sayəsində qələbə ilə nəticələnməsindən danışmışdır. Gələcəyimiz olan şagirdlərə Vətəni daim sevməyi və ona sadiq olmağı tövsiyə etmişdir.
Daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Şagirdlərin ifasında vətənpərvərlik ruhunda yazılmış şeirlər səsləndirilmişdir.