Qalib ölkənin birinciləri

         Bu gündən respublikamızda yeni 2021-2022-ci tədris ili başlayır. Bu münasibətlə məktəbimizdə rəsmi hissədən ibarət yalnız müəllim və şagirdlərin iştirakı ilə Salamlama mərasimi keçirildi. Dövlət himni ilə başlayan yığıncağı giriş sözü ilə məktəbin direktoru Şəfayət Orucova açdı. O, müəllim və şagirdləri salamlayaraq, onlara bol-bol nailiyyətlər arzuladı. Direktor, eyni zamanda körpə fidanlarımıza - birincilərə uğurlu təhsil, parlaq gələcək dilədi. Direktor müavinləri Könül Hüseynova və Səbirə Həsənova da bu təbriklərə qoşuldular. 
  Sonda ilk zəngin sədaları altında doğma məktəb öz qapılarını şagirdlərinin üzünə açdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi