İki rayon üzrə “Məktəb hesabatları” dinlənilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Məktəb hesabatları”nın dinlənilməsinin növbəti sessiyaları Suraxanı və Nizami rayonlarının ümumi təhsil müəssisələrini əhatə edib.

Dinləmələrdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, İdarənin müdir müavinləri Hüseyn Əsgərov, Orxan Kərimov, Xəyalə Əhmədzadə, Ümumi təhsil sektorunun müdiri Fuad Babayev, Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru İlkin Həsənov və məktəb direktorları iştirak ediblər.

Paytaxtdakı 285 və 32 nömrəli tam orta məktəblərdə təşkil olunmuş dinləmələrdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva “Məktəb hesabatları”nın dinlənilməsinin ümumi təhsildə qarşıya qoyulan hədəflərə çatmaqda mühüm rol oynadığını və bu işin mütəmadi davam etdirilməsinin vacibliyini qeyd edib.

İdarə müdiri “Məktəb hesabatları”nın dinlənilməsinin əsas məqsədinin ümumi təhsil məktəblərində təlim-tərbiyə prosesinin təşkili, ümumi təhsilin keyfiyyətinə birbaşa təsir göstərən metodiki işin düzgün qurulması, məktəblərin fəaliyyətində səmərəli idarəetmənin rolunun artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, sağlam rəqabətin yaranması, istedadlı şagirdlərlə işin düzgün qurulması və olimpiada hərəkatının genişləndirilməsi, uşaqların məktəbəhazırlıq təhsilinin genişləndirilməsi, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi, digər müvafiq məsələlərin müzakirəsi və təhsil müəssisələrində tədrisin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin etməkdən ibarət olduğunu bildirib.

Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları sənədində qarşıya qoyulmuş idarəetmə prinsiplərindən bəhs edən İdarə müdiri məktəblərin fəaliyyətinin düzgün və səmərəli planlaşdırılmasının idarəetmənin keyfiyyətini təmin edən başlıca şərtlərdən biri olduğunu deyib.

Məktəb direktorlarının hesabatları dinlənildikdən sonra Ümumi təhsil sektorunun müdiri Fuad Babayev və Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə Suraxanı və Nizami rayonları üzrə ümumi təhsil məktəblərinin tədris göstəricilərinin təhlilinə və IV, VIII, IX siniflərdə keçirilən monitorinq imtahanları və buraxılış imtahanlarının nəticələrinə dair təqdimatla çıxış edib. TDM-in direktoru İlkin Həsənov “Məktəbdə idarəetmə və pedaqoji işin təşkili ilə bağlı ehtiyaclar və tövsiyələr” mövzusunda təlim keçib.

Müzakirələrdə ümumi təhsil müəssisələrinin idarəedilməsi işinin təkmilləşdirilməsi, məktəblərin ictimai nüfuzunun artırılması, tədrisin təşkili, ümumi təhsil müəssisələrində keyfiyyətə nəzarət mexanizminin təkmilləşdirilməsi, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, məktəblərdə Fəaliyyət Planı üzrə işin təşkili, təminat-təchizat məsələləri barədə fikirlər dinlənilib, təklif və tövsiyələr səsləndirilib. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi