Mətəbin şəhidi Elxan Ağayevə aid tədbir keçirildi

14.02.2020-ci il tarixində Nizami rayonu 10N-li tam orta məktəbdə şəhid Elxan Ataxan oğlu Ağayevə həsr edilmiş tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Leylaxanım Məmmədova açdı. Şagirdlərin ifasında şəhidlərə həsr edilmiş şeirlər səsləndi, mahnılar oxundu. Sonra Elxan Ağayev və onun silahdaşlarının mühasirəsinə düşdüyü, sonda ermənilərə əsir düşməmək üçün özlərini sonuncu qumbara ilə partladan cəsur döyüşçülərimizə həsr etdiyi və real hadisələrə əsaslanan “Əbədi yaşayanlar”kitabı əsasında rejissor Nicatın çəkdiyi “8 oğul istərəm” sənədli filmi nümayiş etdirildi. Huşunu itirdiyi üçün taleyin hökmü ilə sağ qalan, 2 ilə yaxın erməni əsirliyində dəhşətli əzablara sinə gərən şahid Aqil Əhmədovun çıxışı hamını təsirləndirdi. Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin müavini Gülnaz İsrafilova, kitab yazarı Jalə Cəfərova, polkovnik Xətai Baxışov, polkovnik Hikmət Ağayev, Qarabağ qaziləri Əli Mehdiyev, Hüseyn Həsənov, “Vətən uğrunda” qazetinin baş redaktoru Qarabağ qazisi Rövşən Əhmədli, Elxan Ağayevin qardaşı İlham Ağayev və qohumları, şəhidlərin valideynləri, həmçinin filmin rejissoru ölümləri ilə ölümsüzlük qazanan, düşmənin belə qısqanclığına səbəb olan bu qəhrəmanların ulu öndərimiz Heydər əliyev tərəfindən “Azərbaycan bayrağı” ordeni ilə təltif edildiyindən, ötən 23 il ərzində şəhidlərlə bağlı görülən işlərdən, hər il aprel və oktyabr aylarında II şəhidlər xiyabanında keçirilən anım günlərindən danışdılar. Tədbir iştirakçıları şagirdlərə vətənpərvərlik ruhu aşılamaq, onları əsl vətənpərvər kimi yetişdirmək üçün belə görüşlərin mütəmadi olaraq keçirilməsinin zəruri olduğunu qeyd etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi