Peşə təhsilinin təbliği layihəsi

ktəbdə “Yeniyetmələr arasında peşə təhsilinin təbliği” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fatma Çandirova, məktəbin pedaqoji kollektivi, IX sinif şagirdləri və valideynləri iştirak edib.

Məktəbin direktoru Ofelya Məmmədova tədbir iştirakçılarını salamlayaraq ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanın modeli, məzmunu və düzgün peşə seçiminin insan həyatındakı rolundan danışdı.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək ölkəmizdə peşə təhsilinin inkişafına göstərilən diqqət və qayğıdan bəhs edərək, bu istiqamətdə görülən işlər, həyata keçirilən beynəlxalq layihələr və əldə olunan uğurlar, barədə ətraflı məlumat verib.

İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fatma Çandirova çıxışında peşə təhsilinin ölkənin inkişafındakı strateji rolundan, gənclərin peşə təhsilinə olan marağının artırılması istiqamətində görülən işlərdən söz açıb.

Sonda İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri tərəfindən tədbirdə iştirak edən şagird və onların valideynlərinə peşə təhsilinə şagirdlərin cəlb edilməsi ilə bağlı məlumat verildi, maarifləndirmə xarakterli təqdimat edilib və valideynləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi