Elimizə-obamıza bahar gəlir!

Qaranquş müjdəli, xoş ovqatlı çiçək ətirli, xonçalı Novruz Azərbaycan xalqının bayramlarının şahı sayılır. Çünki Novruz bayramı Azərbaycan xalqının gələcəyə inam hissini, ürəkaçıqlığını, qonaqsevərliyini, ünsiyyət, mehribançılıq və dostluq duyğularını özündə əks etdirir. Qeyd edək ki, Novruz bayramı həm də şən gülüşlər, humanist ideyalar bayramı kimi qiymətləndirilir. Bayramın gəlişi Azərbaycanın hər bir yerində olduğu kimi, Bakı şəhərində yerləşən təhsil müəssisələrində də böyük sevinc və maraq hissi ilə qarşılanır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 28.02.2024 tarixli qərarı ilə ”Dəyərlərimizi qoruyaq layihəsinin icrası ilə bağlı Tədbirlər Planının 7-ci bəndinə müvafiq olaraq məktəbdə Novruz bayramı ilə əlaqədar sil-silə tədbirlər keçirilib. Musiqi müəllimi Sevil Zeynalova və UBR-ri Aynurə Nərimanovanın rəhbərliyi ilə keçirilən tədbirdə şagirdlərə xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, ilaxır çərşənbənin mahiyyəti, Novruz atributları haqqında geniş məlumat verilib.

Şagirdlərin iştirakı ilə keçirilən tədbirdə Novruzun atributları olan – Bahar qızı, Kosa və Keçəlin gəlişi bayramı daha da maraqlı və rəngərəng edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi