Qol güləşi üzrə məktəblərarası yarış keçirilib

Məktəbdə qol güləşi üzrə məktəblərarası yarış keçirilib. Azərbaycan Qol Güləşi Federasiyasının və məktəbin birgə təşktəşkilatçılığı ilə keçirilən tədbir 5 Mart — Bədən Tərbiyəsi və İdman Gününə həsr olunub.

Yarışdan əvvəl şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Himni səsləndirilib.

Tədbirdə çıxış edən məktəbn direktoru Ofeliya Məmmədova belə yarışların daha çox keçirilməsinin vacibliyini vurğulayıb və təşkilati dəstəyə görə Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədova minnətdarlığını bildirib.

Yarışda paytaxtın Binəqədi rayonunun 99, 100, 143 və 182 saylı məktəblərində təhsil alan 50-dən artıq şagird öz güclərini sınayıblar. Yarış 8-9-cu və 10-11-ci sinif şagirdlər arasında hər biri iki çəki dərəcəsində keçirilib. Qaliblərə medal və diplomlar təqdim olunub.

Azərbaycan Qol Güləşi Federasiyasının əsas məqsədi və amalı ondan ibarətdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə birgə belə idman tədbirləri bütün orta məktəblərdə mütəmadi olaraq keçirilsin və bununla da uşaq və gənclərimizin sağlam, vətənpərvər ruhda formalaşmaları işinə töhfələr verilsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi