1 MART MÜLKİ MÜDAFİƏ GÜNÜDÜR

Məktəbdə “1 mart Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib.

Məktəb müəllimləri Rəfiqə Qulamova, Samirə Süleymanova “Uşaqların təhlükəsizliyini təmin etmək bizim vəzifəmizdir” mövzusunda mülki müdafiə ilə bağlı açıq dərs verib. Onlar baş verəcək fövqəladə hal zamanı necə vəziyyətdən çıxmaq lazım olduğunu izah edib.  

Gənclərin çağırışa qədərki hazırlığı dərsini tədris edən Yasin Sultanov da məktəbin X sinif şagirdləri ilə bu mövzuda diskussiya aparıb. Yasin müəllim şagirdlərə “Təbii fəlakətlər və davranış qaydaları” haqqında geniş məlumat verib. Həmçinin “Xəbərdarlıq siqnalları və vasitələri”, “Fərdi mühafizə vasitələrindən istifadə qaydaları” haqqında da söhbətlər aparıb. Fəlakət zamanı zədə almış şəxsə necə yardım etməyin lazım olduğu şagirdlərə əyani şəkildə göstərib. Yanğınsöndürən və əleyhqazdan istifadə qaydaları kimi məlumatlar, şagirdlər tərəfindən maraqla qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi