Şagirdlərdə gigiyena qaydaları və sağlam qidalanma

Uşaqların sağlamlıq vəziyyəti dünyada ən aktual problemlərdən biridir. Hazırda məktəblilərin böyük bir qismi müxtəlif xəstəliklərdən əziyyət çəkir. Məktəbyaşlı uşaqların 90%-nin sağlamlığında bu və ya digər formada kənaraçıxmalar vardır. Müasir dünyada uşaqlar mədə-bağırsaq, ürək-damar sisteminin xəstəliklərindən, qamətlərinin düzgün olmamasından, görmə zəifliyindən əziyyət çəkirlər. Təəssüflə qeyd etməliyik ki, 10-20 il əvvəl yaşlı insanlarda rast gəlinən osteoxondroz kimi xəstəliyə də məktəblilər arasında təsadüf olunur.

Məktəbdə həkim Aygün Məmmədova və tibb bacısı Nazilə Əliyevanın təşkilatçılığı ilə VI və VII sinif şagirdlərinə gigiyena qaydaları və sağlam qidalanma mövzusunda maarifləndirici söhbət keçirilib.

Maarifləndirici söhbət zamanı həkim Aygün Məmmədova şagirdlərə hal-hazırda uşaqlar arasında yayılmış “qızılca”, “su çiçəyi”, və.s kimi viruslara yoluxmamaq üçün sağlam qidalanmaq, gigiyena qaydalarına düzgün və vaxtında əməl etməyin vacib olduğunu bildirib.  Şagirdlər həkimlərə onları maraqlandıran suallar veriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi