Silinməz qanlı yaddaş

Vaxt keçdikcə, hər hansı tarixi hadisə haqqında dolğun və əhatəli fikir yürütmək daha asan olur. 34 il sonra qanlı 20 Yanvar hadisələrinin ildönümü ərəfəsində yenidən bu hadisələri təhlil etmək, onu düzgün qiymətləndirməklə, həm xalqımızın tarixində çox önəmli və məşəqqətli olaylara yenidən nəzər salırıq, həm də bu qəhrəmanlıq salnaməsinin müəlliflərini - şəhidlərimizin xatirəsini yad edirik.

Məktəbdə 20 Yanvar faciəsinin 34-cü il dönümünə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş olunub. “Silinməz qanlı yaddaş” adlanan kompozisiya məktəbin musiqi müəllimi Sevil Zeynalovanın və UBTR-ri Aynurə Nərimanovanın təşkilatçılığı ilə ərsəyə gəlib. Bədii kompozisiyaya məktəb kollektivi, qonaqlar və şagirdlər tamaşa ediblər. Tədbiri məktəbin direktor müavini və tarix müəllimi Ruslan Məhiyev açıq elan edib. O, şagirdlərə bu qanlı faciənin tarixi haqqında məlumat verib. İlk öncə Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçıları faciənin mahiyyətini hazırlanan səhnəciklərdə ifa ediblər. Şagirdlər Vətənpərvərlik ruhunda şeirlər söyləyib, mahnılar səsləndiriblər. Tədbir zamanı faciəni özündə əks etdirən kitablar da sərgilənib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi