Yeni il şənliyi

Məktəbdə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni təqvim ili münasibətilə bayram şənliyi keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbirdə şagird və müəllim heyyəti tərəfindən 44 günlük Vətən müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla anılıb.

Məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Ruslan Məhiyev uşaqları salamlayaraq, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni təqvim ili münasibəti ilə təbrik edib.

Şagirdlər Yeni ilin simvolu olan əl-əlvan bəzədilmiş şam ağacını dövrəyə alaraq, Şaxta baba və Qar qızı səsləyib. Şənlikdə ibtidai sinif şagirdlərinin rəngarəng çıxışları iştirak edənlərdə xoş ovqat bağışlayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi